...

Azərbaycan dünya bazarlarına fındıq ixracının həcminə görə ilk üçlükdədir - Nazirlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2022 11:53 (UTC +04:00)
Azərbaycan dünya bazarlarına fındıq ixracının həcminə görə ilk üçlükdədir - Nazirlik
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya bazarlarına fındıq ixracının həcminə görə ilk üç ölkə sırasına daxildir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Surxay Novruzov BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) ilə "Agrarco" şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası barədə sazişin imzalanması mərasimində deyb.

Onun sözlərinə görə, bu il Azərbaycanda 67 min ton fındıq yığılıb.

"Fındığın təxminən 95-96 faizi Avropa bazarlarına ixrac edilir. Həm də qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti fındıq istehsalı ilə məşğul olan sahibkarları təşviq edir. Hər il onlara 4,4 min manat məbləğində birdəfəlik vəsait ayrılır. Dövlət proqramları gələcəkdə də bu sahədə olan sahibkarların təşviqini davam etdirəcək", - S.Novruzov deyib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi qeyd edib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində fındıq istehsalının genişləndirilməsi, eləcə də müxtəlif zərərverici və bitki xəstəlikləri ilə mübarizə sahəsində işlər aparılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti