...

FAO Azərbaycan hökuməti ilə aqrar layihələr üzərində işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2022 12:05 (UTC +04:00)
FAO Azərbaycan hökuməti ilə aqrar layihələr üzərində işləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsində bir sıra layihələr üzərində işləyir.

Trend-in məlumatına görə, bunu FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Melek Çakmak FAO ilə "Agrarco" şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası barədə sazişin imzalanması mərasimində deyb.

Onun sözlərinə görə, layihələr heyvandarlıq, biktiçilik, məsləhət xidmətləri kimi sahələri əhatə edir.

"Azərbaycanda fındıqçılıq sahəsində, ixracla bağlı məsləhət xidmətlərinə böyük tələbat var. FAO 2020-ci ildən Azərbaycanda fındıq istehsalının sürətləndirilməsi üzrə layihə reallaşdırır", - M.Çakmak deyib.

FAO nümayəndəsi bildirib ki, təşkilat Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq edir.

"Biz bir müddət əvvəl özəl sektorla tərəfdaşlığın genişlənməsinə xidmət edəcək proqram hazırlamışıq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti