...

Azərbaycan bu il fındıq ixracını artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2022 14:10 (UTC +04:00)
Azərbaycan bu il fındıq ixracını artırmağı planlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Agrarco" şirkəti 2022-ci ildə fındıq ləpəsi ixracını 10-15 faiz və ya təxminən 6 min ton artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin direktoru Cavid Kazımov deyib.

Onun sözlərinə görə, şirkət ötən mövsüm beş min tona yaxın fındıq ləpəsi ixrac edib.

"Bizim məhsulumuzun əsas idxalçısı İtaliyanın "Ferrero" şirkətidir. Ötən il onlar üç min tondan çox fındıq əldə edib. Bizim məhsulumuzu, həmçinin Almaniya, Avstriya və Fransa idxal edir", - C.Kazımov deyib.

O, həmçinin qeyd edib ki, "Agrarco" şirkəti məhsul ixracını əsasən dəniz və avtomobil nəqliyyatı ilə həyata keçirir.

"Pandemiya ilə əlaqədar biz tədarük zəncirində problemlərlə üzləşdik. Ona görə də proqnozlaşdırırıq ki, bizim ixrac etdiyimiz məhsulların qiyməti təxminən iki dəfə artacaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti