Bakı. Trend:
Bu günə qədər ölkədə sahibkarların 41 minə yaxın investisiya layihələrinin maliyyələşməsinə 2,7 milyard manat vəsait ayrılıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
O qeyd edib ki, biznes sahəsində əsas məqamlardan biri sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxışının təmin edilməsidir.
"Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi özəl sektorun maliyyə resursları ilə təmin edilməsində əsas alətlərdən biridir. Ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması istiqamətində əsaslı şəkildə islahatların aparılması hazırda həyata keçirilən inkişaf strategiyasının tələblərindən irəli gəlir", - nazir müavini bildirib.