Bakı. Trend:
Hazırda Azərbaycanda 400-dən çox Avropa şirkəti fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
P.Mixalko qeyd edib ki, Aİ şirkətləri Azərbaycanda yeni iş yerlərinin açılmasına töhfə verir:
“Avropa şirkətləri yeni iş yerlərinin yaradılmasını stimullaşdırır. Aİ şirkətlərinin dəstəyi ilə Azərbaycanda 2000-ə qədər yeni iş yeri açılıb”.
O, həmçinin, qeyd edib ki, gələn il Aİ Azərbaycanda aqrobiznes və turizm sahələrinə investisiya yatırmağı davam etdirməyi planlaşdırır.