...

KOBİA ötən il 122 layihə üzrə rəy verib – Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2023 11:46 (UTC +04:00)
KOBİA ötən il 122 layihə üzrə rəy verib – Orxan Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən 122 müxtəlif istiqamətlər üzrə hazırlanmış normativ sənədlərin layihəsi üzrə rəy və təklif verdi.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib,

Onun sözlərinə görə, 2022-ci ildə sahibkarlıq sferasında dövlət siyasətinin formalaşması və tənzimlənməsində iştirakı çərçivəsində Agentliyin təşəbbüsü ilə hazırlanmış iki normativ-hüquqi akt qəbul edilib, həmçinin üç digər qanun layihəsi razılaşdırılıb.

“Beləliklə, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi Milli Məclisdə hər üç oxunuşdan keçib. Bu qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək və onlara göstərilən dövlət dəstəyinin stimullaşdırılmasının forma və metodlarını müəyyən edəcək. Bundan başqa, Bakı şəhərini və bölgələri əhatə edən, 2,5 mindən artıq KOB subyektinin iştirak etdiyi doqquz sorğu keçirilib”, - O.Məmmədov deyib.

O həmçinin Agentlik tərəfindən üç minə yaxın sahibkarın iştirak etdiyi 137 görüşün təşkil olunduğunu, Agentliyin nəzdindəki İctimai Şura tərəfindən isə 550-dən artıq sahibkarın iştirakı ilə yeddi ictimai müzakirənin təşkil olunduğunu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti