...

Azərbaycan sığortaçıları əcnəbi sürücülərə “yaşıl kart” satışından 10 milyon manatadək vəsait əldə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2023 15:56 (UTC +04:00)
Azərbaycan sığortaçıları əcnəbi sürücülərə “yaşıl kart” satışından 10 milyon manatadək vəsait əldə edəcəklər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İcbari Sığorta Bürosu 2023-cü ilin sonunadək Gürcüstanda və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üçün Azərbaycanın sığorta şirkətləri tərəfindən "yaşıl kart"ların satışından sığorta yığımlarının 10 milyon manata çatacağını proqnozlaşdırır.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, təkcər yanvar-aprel ayları ərzində bu fəaliyyətdən əldə edilən sığorta yığımları 3,1 milyon manat olub.

Qeyd edək ki, 2022-ci ildə Büro xaricdə baş vermiş yol-nəqliyyat hadisələri ilə əlaqədar olaraq "Yaşıl kart" sistemi ilə 910 421 manat məbləğində ödəniş edib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta sistemi olan "Yaşıl kart" 1951-ci ildəm etibarən fəaliyyət göstərir. Əsas məqsədi əcnəbi avtomobil sürücülərinin iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin iddialarının hadisənin baş verdiyi ölkənin milli qanunvericiliyinə uyğun olaraq tənzimlənməsindən ibarətdir. "Yaşıl kart" haqqında sazişə əsasən, sazişin istənilən üzv dövlətində verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti üzrə sığorta polisi bu sazişin üzvü olan digər ölkənin ərazisində qüvvədədir.

Milli "yaşıl kart" büroları vahid təşkilata - baş qərargahı Brüsseldə yerləşən Sığorta Büroları Şurasına daxildir. Şura BMT-nin Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsinin Avtomobil Nəqliyyatı üzrə İşçi Qrupunun himayəsi altında fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti