Bakı. Trend:
Hazırda Azərbaycanın valyuta ehtiyatları 66,4 milyard dollar təşkil edir.
Trend çərşənbə günü xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
"Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları hazırda 10,5 milyard dollar təşkil edir", - o deyib.
Xəbər yenilənəcək