...

Azərbaycan DİM layihəsinin reallaşdırılmasını prioritet hesab edir - Əli Əhmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2023 12:15 (UTC +04:00)
Azərbaycan DİM layihəsinin reallaşdırılmasını prioritet hesab edir - Əli Əhmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) layihəsinin reallaşdırılmasını prioritet hesab edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov "Dayanıqlı maliyyə və investisiya" mövzusunda Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışında deyib.

"Yaxın 7 il ərzində DİM sahəsində ciddi işlər görülməlidir. Ölkələr 2030-cu ilədək bu qlobal layihənin uğurlu icrası üçün daha çox səy göstərməlidir", - Ə.Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün dünyada insanların çoxu müharibə sonrasında ərazilərdə yerləşdirilmiş minaların qurbanına çevrilir.

"Azərbaycanda mina partlayışları nəticəsində 3 mindən çox insan həlak olub. Mina problemi nəinki Azərbaycanda, bütün dünyada aktual problem olaraq qalır. Azərbaycan dünyanın ən çox əziyyətlər görmüş ölkələrindən biridir. Əminəm ki, bugünkü forum minalardan azad cəmiyyətin və dünyanın yaradılmasına yönəlmiş DİM strategiyasının hazırlanmasına mühüm töhfə verəcək", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti