...

Transxəzər gömrük-tranzit portalı multimodal daşımalara səmərəli nəzarət üçün şərait yaradır - Rauf Quliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2023 13:14 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər gömrük-tranzit portalı multimodal daşımalara səmərəli nəzarət üçün şərait yaradır.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə İdarəsinin rəisinin müavini Rauf Quliyev Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.

"Transxəzər gömrük-tranzit portalı Orta Dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron formada təqdim olunan sənəd və məlumatların ilkin emalı hesabına malların tranzit ölkəsi ərazisindən sürətli keçidini təmin edir.

Bu, quru və dəniz yolu limanları arasında multimodal daşımalara səmərəli nəzarət üçün şərait yaradır, həmçinin, Şərqdə və Qərbdə Xəzər dənizinin yaşıl mühitinə töhfə verir. Bu, rəqəmsal qovşaq mexanizmidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 20-də Bakıda "Gömrük-Biznes Forumu 2023" keçirilib.

Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti