...

ÜTT 2026-cı ilə qədər MDB-də xidmət ticarətinin artımı ilə bağlı proqnozlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2025 14:49 (UTC +04:00)
ÜTT 2026-cı ilə qədər MDB-də xidmət ticarətinin artımı ilə bağlı proqnozlarını açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatı Müstəqil Dövlətlər Birliyi ölkələrində kommersiya xidmətləri ticarəti həcmlərinin artımı üzrə yenilənmiş proqnozunu dərc edib.

Trend xəbər verir ki, ÜTT-nin bu proqnozunda xidmətlərin ixracı nəzərdə tutulur.

ÜTT son hesablamalarına əsasən, 2025-ci ildə MDB məkanında kommersiya xidmətləri ticarəti artımının əsas proqnozu 3.6 faiz təşkil edir, dəqiqləşdirilmiş proqnoz isə daha aşağı – cəmi 1,1 faiz civarındadır.

Bu arada, 2026-cı ilə olan proqnoz daha ümidvericidir. Əsas ssenariyə görə, artım 3% səviyyəsində gözlənilir, dəqiqləşdirilmiş ssenariyə əsasən isə 3,5%-ə çata bilər ki, bu da xidmət ticarəti sahəsində aktivliyin bərpa olunması ehtimalını göstərir.

Son iki il ərzində region sabit artım nümayiş etdirib: kommersiya xidmətləri ticarətinin həcmi 2024-cü ildə 8,1%, 2023-cü ildə isə 7,2% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti