Dövlət Gömürk Komitəsinin (DGK) Tibbi Xidmət Komleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti-montaj işləri üzrə hazırlıq gedir.
DGK-dən Trend ə verilən məlumata əsasən, komleksə 2006-cı ilin ikinci rübünə başa çatdırılması planlaşdırılan 7 mərtəbəli inzibati bina daxildir.
Bu günlərdə həmin işlərin görülməsi üzrə podratçı şirkətlə saziş imzalanıb. Tikinti Bakı şəhəri Yasamal rayonu ərazisində gerçəkləşdirilir.
"Hazırda həmin tədbirlərin gerçəkləşdirilməsi üçün məbləğin 10%-i artıq şirkət tərəfindən köçürülüb və müvafiq işlərə başlanılıb", -deyə DGK-də bildiriblər.
Əvvəllər elan olunmuş tenderə əsasən, şirkətlər öz təkliflərini DGK-nin Əsaslı Təmir və Maddi-texniki təchizat İdarəsinə təqdim etməli və 10 mln manat həcmində iştirak payı ödəməlidir.