...

Ölkədə dəyəri 18 milyon dollar olan su sistemində sayğacların quraşdırılması ilə bağlı layihə həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 18:32 (UTC +04:00)

Dünya Bankı (DB) ölkədə həyata keçirəcəyi su sistemində sayğacların quraşdırılması ilə bağlı layihəyə 15 milyon dollar ayırmaq niyyətindədir. Bu barədə bankın Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, hazırda sözügedən layihə hazırlanma mərhələsindədir. Ümumilikdə həyata keçiriləcək layihənin dəyəri təqribən 18 milyon dollar olacaq. Bunun 3 milyon dolları ölkə hökuməti tərəfindən ayrılacaq. Layihə ilə bağlı DB-nin su məsələləri üzrə missiyasının rəhbəri Bol Krisin gələn ilin əvvəlində Bakıya səfəri gözlənilir.

Qeyd edək ki, DB bundan başqa ölkənin su sistemində daha iri bir layihə də həyata keçirməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti