...

Poti-Bakı-Aktau-Almata marşrutu ilə ilk konteyner qatarı dekabrın 24-də buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 16:57 (UTC +04:00)

"Gürcüstan dəmir yolu" MMC-də bildirilib ki, Poti-Bakı-Aktau-Almata marşrutu ilə ilk konteyner qatarı 2005-ci il dekabrın 24-də buraxılacaq.

Trend bildirir ki, bu qərar Azərbaycan, Gürcüstan və Qazaxıstanın səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupun dekabrın 5-6-da Tbilisidə keçirilmiş növbəti iclasının yekunlarına əsasən qəbul edilib. İclasın işində həmçinin Bakı beynəlxalq ticarət limanı, Xəzər dəniz gəmiçiliyi və Bolqarıstanın dəmir yolu idarəsinin nümayəndələri idə iştirak edib.

Qatar müntəzəm olaran həftədə 2 dəfə reyslər həyata keçirəcək. 24 vaqonlu konteyner qatarının ilk göndəriş məntəqəsi Poti limanıdır.

MMC-nin məlumatına görə, Bolqarıstan tərəfi Varna və Burqas limanlarının layihəyə qoşulmaq təşəbbüsünü bildirib.

"Gürcüstan dəmir yolu" MMC-də hesab edilir ki, Poti-Bakı-Aktau-Almata marşrutu layihəsi TRACECA dəhlizinin rəqabətə davamlılığının artımına və bilavasitə parom konteyner yüklərinin inkişafına xidmət edəcək. Bu barədə "Novosti-Qruziə" bildirir.

Xəbər lenti

Xəbər lenti