...

2005-ci ildə BBVB-nin tədavülü Azərbaycanda olan bütün 4 birjanın tədavülünün 60%-ni təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 15:30 (UTC +04:00)

Bakı banklararası valyuta birjasının tədavülü (BBVB) 2005-ci ildə 835, 116 mln. YAM ($885,6 mln.) təşkil edib. Valyuta birjasında Trend ə bildirilib ki, birjanın 13 illik fəaliyyəti tarixində artıq ikinci dəfədir ki, hərracların belə yüksək göstəricisi qeydə alınır. Beləliklə, 2004-cü ildə birjanın tədavülü ilk dəfə olaraq $1 mlrd.-ı ötüb.

2005-ci ilin yekunlarına görə, BBVB-nin tədavülü Azərbaycanda fəaliyyət göstərən 4 birjanın ümumi tədavülünün 60%-ni təşkil edib.

Birjanın valyuta bölməsində ötən ilin yekunlarına görə, ümumi məbləği 769 mln. YAM həcmində olan 1492 sövdələşmə qeydə alınıb ki, bu da $815,.52 mln. təşkil edir. Bu, BBVB-nin 2004-cü ildə olan valyuta hərraclarının həcmindən 18% azdır. 2005-ci ildə hərracların birja elektron sistemində (BEST) cəmi 502 sessiya keçirilib. Bununla hərracların orta gündəlik həcmi xarici valyuta ilə təxminən $3,25 mln. təşkil edib, hər bir sövdələşmənin orta həcmi isə $546 mini ötüb. Qeyd etmək lazımdır ki, 2002-ci ilin iyulun 9-dan- hərracların BEST-ə başlamasından etibarən BBIB valyuta bölməsinin üzvü olan banklar arasında 5344 "elektron" sövdələşmə qeydə alınıb, bunların ümumi həcmi $2,261 mlrd. təşkil edib. 2005-ci ilin yanvar-dekabr aylarının yekunlarına görə, USD/AZM orta birja məzənnəsi bir ABŞ dolları - 4715,0102 AZM, 2004-cü ilin eyni dövrü ərzində bu vəziyyət 4913,5706 AZM səviyyəsində idi.

Xarici valyuta birja bazarının 2005-ci ildə aparıcı bank operatorları Azərbaycanın Beynəlxalq bankı, Azəriqazbank, Kapitalbank, Texnikabank və Əmrahbank olub. AMB-nın valyuta sövdələşmələrinin ümumi həcmində payı 21,49%, Azəriqazbank - 5,05%, Kapitalbank - 4,88%, Texnikabank - 4,69% və Əmrahbank - 4,47% təşkil edib. 2005-ci ildə birja hərraclarında valyuta bölməsinin üzvü olan cəmi 37 bank iştirak edib.

Xəbər lenti

Xəbər lenti