...

2006-cı ildə pul kütləsinin artımı 30% səviyyəsində proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 15:42 (UTC +04:00)

Azərbaycanın Milli bankı (AMB) 2006-cı ildə pula tələbat artımını 20% olaraq proqnozlaşdırır ki, bu da qeyri-neft sektorunda ÜDM-nin nominal artımını müəyyən edir. Trend AMB-nin pul siyasəti Departamentinin direktoru Xaqani Abdullayevə istinadən bildirir ki, bu tələbat göstəricisinə denominasiyanın effekti təkan verir, çünki artıq valyuta hesablarından manata vəsaitlərin köçürülməsinə səbəb olan müəyyən meyllər vardır ki, bu da əlavə pul təklifinə gətirib çıxarır.

Bu amil həmçinin 2006-cı ilə pul kütləsi proqnozlarında nəzərə alınıb və artım 30% səviyyəsində gözlənilir. 2005-ci il səviyyəsində tendensiyanın saxlanılması onunla bağlıdır ki, hesablamalarda qeyri-neft sektorunda ÜDM artımı nəzərə alınmır. X.Abdullaev hesab edir ki, qeyri-neft sektoru manatda pul kütləsinə işləyir, yəni qeyri-neft sektorunda ÜDM tamamilə pul aqreqatlarla (M2) xidmət göstərir ki, bu da AMB siyasətinin müvəqqəti göstəricisidir.

Orta müddətli perspektivdə AMB-nin proqnozlarına gəlincə, bankın baş direktoru Şahmar Mövsümovun da dediyi kimi, büdcə artımının müxtəlif templəri nəzərə alınmaqla bunları müəyyən etmək çox çətindir. Əgər 2005-ci ildə büdcə gəlirlərinin artımı 40% səviyyəsində idisə, 2006-cı ildə 70% həddində gözlənilir.

Xəbər lenti

Xəbər lenti