British Airways şirkətinin icraçı baş direktoru Uilli Uolş ABŞ-a yola düşən bütün müştəriləri hava limanına gəlməzdən əvvəl bu ölkəyə səfərlə bağlı məlumatı www. ba.com vebsaytında yerləşdirməyə çağırıb. Bu barədə Trend ə şirkətin françayzinq tərəfdaşı BMED şirkətindən bildirilib.
ABŞ hökuməti bütün aviaşirkəti yeni qanunla (Advanced Passenger Information (API)) tanış edib. Qanuna əsasən, ABŞ-a yola düşən bütün xarici vətəndaşlar təhlükəsizlik məqsədilə özləri haqqında əlavə məlumat verməlidir.
BMED şirkətinin Azərbaycanda satış üzrə meneceri Səbinə Şərifova bildirib ki, çoxlu sayda sərnişin British Airways-ın xətti ilə Azərbaycandan ABŞ-a uçur və buna görə də onlar vaxta qənaət etməyə kömək edəcək prosedur haqqında məlumatlandırılmalıdır.
BMED Bakı-London (Hitrou) gündəlik reyslərini təklif edir. Şirkətin müştəriləri Club World (1) və ya World Traveler (2) salonlarından birini seçə bilər.