...

Namiq Nəsrullayev: Azərbaycaqnda dövlət investisiyalarının vəziyyəti ilə bağlı problemlər var

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 12:52 (UTC +04:00)

Apreldə Azərbaycaqnda dövlət investisiyalarının vəziyyəti ilə bağlı iclas keçiriləcək. Trend xəbər verir ki, bu barədə jürnalistlərə Hesablama Palatasının sədri Namiq Nəsrullayev bildirib.

N.Nəsrullayev onu da qeyd edib ki, "bu sahədə bəzi problemlər var, investisiya axınının formalaşması, tenderlərin keçirilməsi prosesində qanunazidd amillər mövcüddur". Hesablama Palatasının sədri vurğulayıb ki, "Maliyyə nəzarəti haqqında" qanun layizhəsinin hazırlanması ilə bağlı iş aparılır. "Bu sənəddə Hesablama Palatası, dövlət büdcəsinə nəzarət, bank sistemi ilə bağlı qanunlar sistemləşdiriləcək".

Qanun layihəsinin birinci variantının artıq hazır olduğunu deyən N.Nasrullayev sənədə dünya maliyyə institutlarının ekspertləri tərəfindən rəy veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti