Nəqliyyat Nazirliyi infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Dünya Bankının ayırmağı təklif etdiyi kreditlərdə maraqlıdır. Bu barədə Trend ə ölkənin Nəqliyyat Nazirliyindən məlumat verilib. DB infrastruktur layihələrinin hər birinin gerçəkləşdirilməsi üçün Azərbaycana 2010-cu ilədək $200 mln ayırmaq niyyətindədir.
Hazırda bank İmişli-Beyləqan və Muğanlı-Yevlax yeni avtomobil yollarının maliyyələşdirilməsinə maraq göstərir.
118 km uzunluğunda İmişli-Beyləqan yolunun dəyəri $77 mln, 145 km uzunluğunda Muğanlı-Yevlax yolunun ilkin dəyəri isə $95 mln təşkil edir.
DB-nin bu layihələrdə iştirak payı hələ müəyyən edilməyib və qarşıdakı danışıqların müzarkirə mövzusu olacaq. Ancaq bu, həm də hökumətin layihələrdə dövlət payının artırılması ilə xarici borcun payının azaldılması siyasətindən asılı olacaq.
DB yol layihələri üçün vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf bankının xətti ilə ayıracaq.