Avqustun 8-də Bakıda ölkənin kənd yerlərində bank və lizinq şirkətləri üçün maliyyə - təlim proqramları üzrə layihə həyata keçiriləcək. ABŞ-ın Beynəlxalq Əməkdaşlıq Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən layihənin məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yardım etməkdən ibarətdir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend ə verilən xəbərə görə, proqram maliyyə sektorundakı mütəxəssislərə kənd müəssisələrinin, istehsalçıların, eləcə də kənd təsərrüfatı məhsulları istehlakçılarının xüsusiyyətlərini öyrənməkdə yardım edəcək. İştirakçılar həmçinin kənd yerləri üçün yeni kredit yanaşması haqqında anlayışlarını inkişaf etdirə və bu yerlərdə kreditlərin təklif etməyin alternativ yolları haqqında informasiya ala biləcəklər.
Bank tədris mərkəzində keçiriləcək tədbir avqustun 11-də başa çatacaq. Təlimləri ABŞ mütəxəssisi Elena Nelson (Elena Nelson), eləcə də yerli ekspertlər keçirəcək.