...

Azərbaycan və Koreya hər iki ölkə bazarına çıxış imkanlarını öyrənməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2006 16:05 (UTC +04:00)

Azərbaycan bazarını öyrənmək məqsədi ilə 2006-ci il sentyabrın ortaları və ya axırlarında Bakıya Cənubi Koreya nümayəndə heyətinin gəlişi gözlənilir. "Biz qeyri-hökumət təşkilatları səviyyəsində Azərbaycana 12 Koreya təşkilatının nümayəndəsindən ibarət qrup göndərəcəyik. Belə ki, konkret razılaşmaların əldə olunması üçün bazarın öyrənilməsi və ikitərəfli əlaqələrin qurulması tələb olunur". Bu barədə, Trend in xəbər verdiyi kimi, bu gün mətbuat konfransında Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qul məlumat verib.

Bu dəfəki səfər zamanı qonaqlar neft-kimya müəssisələri ilə tanış olmaq üçün Sumqayıtda olublar. "Biz neft və neft-kimya sahələrində əməkdaşlıq etməyə hazırıq, lakin konkret layihələr üzrə razılaşmalar əldə olunmayıb. Belə ki, şirkətlər özləri yerindəcə vəziyyətlə tanış olmalıdırlar", - deyə Koreyanın nazir müavini hesab edir.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq nəzərdə tutulur və artıq irriqasiya sisteminin yaradılması sahəsinin öyrənilməsi, bərpa və təmir işlərinin aparılması ilə bağlı razılaşmalar əldə olunub. Koreyanın nazir müavini qeyd edib ki, ərzaq sənayesi sahəsində qida məhsullarının emalı, saxlanılması, texnikanın gətirilməsi, kənd təsərrüfatı mallarının qablaşdırılması və emalı üzrə əməkdaşlığın yaradılması planlaşdırılır.

"Biz Azərbaycan bazarının öyrənilməsi istəyini bəyənirik, eyni zamanda Azərbaycan şirkətləri də Koreya bazarına çıxmaq üçün onun imkanlarını öyrənəcək", - deyə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti