Cari ilin əvvəlindən Bank Respublika-nın aktivləri 47,1% artıb və 1 sentyabr 2006-cı il tarixinə 85700,8 min manat təşkil edib. Bu dövr ərzində Bankın kredit portfeli 80,4% artaraq 59934,9 min manat təşkil edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Hesabat dövrü ərzində müştəri depozitləri 80,3% artıb və 40352,6 min manata çatıb. Əhalinin müddətli əmanətlərinin həcmi isə 18966,7 min manat təşkil edib və bu, ilin əvvəli ilə müqayisədə 45,9% çoxdur. Bank Respublikanın bu dövr ərzində ümumi kapitalı 806,1 min manat (+7,8%) artaraq 11133,7 min manat təşkil edib.
Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Bank Respublikanın gəlirləri 8025 min manat, xərcləri isə 6506 min manat təşkil edib. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 1519 min manat təşkil edib.