...

Bölgədə ilk avtoşou Gürcüstanda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2006 13:23 (UTC +04:00)

Oktyabrın 19-21-də "Ekspo-Corciya" sərgi mərkəzində Cənubi Qafqaz bölgəsində ilk avtomobil, ehtiyat hissələri və avtokosmetika satış sərgisi olacaq.

Ekspo-Corciyadan Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, avtoşounun təşəbbüsçüləri Avtomobilistlər federasiyası və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyidir.

Tbilis avtoşousunun bölgədə analoqu yoxdur. Sərgiyə gələnlər əntiq və klassik avtomobillər, ehtiyat hissələrinin, kosmetika və aksessuarların geniş qalereyasını görə bilərlər.

Avtoşou çərçivəsində oktyabrın 20-22-də keçiriləcək avtoralli təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti