...

Ukraynanın "Boqdan" şirkəti Azərbaycana avtobus və "Іsuzu" yük maşınlarının ixracını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 19:41 (UTC +04:00)

2006-cı ilin 9 ayı ərzində Ukraynanın "Boqdan" korporasiyası avtobus və "Іsuzu" yük maşınlarının satışını keçən ilin analoji dövrü ilə müqayisədə 39,35 % artıraraq 1884 ədədə çatdırıb.

Trend in xəbər verdiyi kimi, həmin dövr ərzində ixrac üçün göndərilən avtobusların sayı 2005-ci ilin yanvar-sentyabr ayları ilə (318 ədəd) müqayisədə 60,06% artaraq 509 ədədə çatıb. 2006-cı ildə "Boqdan" korporapsiyası tərəfindən avtobuslar Azərbaycana, Rusiya Federasiyasına, Belarusa, Qazaxıstana və Bolqarıstana ixrac olunub. Satışın ümumi həcminin 29,94%-i ixrac olunmuş avtobusların payına düşür.

Həm Ukraynanın daxili bazarında, həm də ixrac bazarlarında "Boqdan" avtobusları və "TM Іsuzu" yük maşınlarını satmaq hüququ ticarət evi funksiyasını yerinə yetirən "Ukrainskiy avtobus" MMC-yə məxsusdur.

Bu ilin fevral ayının 28-də "Boqdan" (Ukrayna) korporasiyası, "Іsuzu Motors Lіmіted" (Yaponiya) və "Sojіtz Corporatіon" (Yaponiya) Ukraynada avtomobil satışı üzrə birgə müəssisənin yaradılması haqqında üçtərəfli müqavilə imzalayıblar. Məqsəd Ukraynadan avtobus və yük maşınlarının MDB ölkələri, o cümlədən Rusiya bazarlarına ixracı genişləndirməkdir.

Xəbər lenti

Xəbər lenti