...

"Unibank" KB üçüncü rübün maliyyə yekunlarını vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2006 14:43 (UTC +04:00)

"UniBank" KB 2006-cı ilin doqquz ayı üçün maliyyə göstəricilərinin yekunlarını vurub. "UniBank"-ın başlıca maliyyə göstəriciləri üzrə 2005-ci ilin həmin dövrü üçün olan göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə - orta hesabla 1,7-2 dəfə - artım müşahidə edilir. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bankın aktivləri 2005-ci ilin sentyabr ayı ilə müqayisədə 106,9% artaraq, 122,053 mln. AZN təşkil edib. Bu, 2006-cı ilin yanvar ayının 1-i üçün olan müvafiq göstəricidən 88,5% çoxdur.

Bankın kredit portfeli il ərzində 94,6% artaraq, 76,033 mln. AZN təşkil edib ki, bu da 2006-cı ilin yanvar ayının əvvəlinə olan göstəricidən 70,5% çoxdur.

2006-cı il oktyabr ayının 1-i üçün bank tərəfindən cəlb edilmiş depozitlərin həcmi 75,888 mln. AZN-ə bərabər olub. Bu göstəricinin illik artımı 104,9%, 2006-cı il ərzində artımı isə 81,9% təşkil edib.

Üç rübün nəticələrinə görə bankın gəlirləri 12 518 min AZN olub ki, bu da keçən ilin eyni dövrü üçün olan göstəricidən 68,5% çoxdur. Bankın balans gəliri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 104,2% artaraq, 4 095 min AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti