Bu gün Bakı Fond Birjasında (BFB) "Bank Standart" QSC-nin faizli sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi həyata keçirilib. Trend in BFB-nin məlumatına istinadən xəbər verdiyi kimi, yerləşdirmə həcmi 3 mln. dollar təşkil edib. Bir istiqrazın nominal dəyəri 1000 dollardır. İstiqrazlar üzrə gəlirlilik dövriyyə müddəti 720 gün olmaqla illik 13% həcmində müəyyən olunub.
Bu istiqrazlar tam həcmdə hüquqi şəxs - qeyri-rezident tərəfindən alınıb.
"Bank Standart" fond bazarında dövriyyə edən istiqrazların ən iri emitentlərindən biridir. Hal-hazırda "Bank Standart" QSC portfelinin ümumi həcmi təxminən 15 mln. AZN-ə (onlardan 11 mln-u dollarladı) bərabərdir.