...

Azərbaycanda "quş qripi" barədə xəbərdarlıq üzrə növbəti monitorinq başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 14:03 (UTC +04:00)

Azərbaycanda "quş qripi" barədə xəbərdarlıq üzrə növbəti monitorinq başa çatıb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Veterinar Xidmətindən Trend ə məlumat veriblər ki, bu gün toplanmış patoloji materiallar üzrə laborator tədqiqatlar aparılır.

Monitorinq veterinar xidmətlə yanaşı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Zoologiya institutu və Ovçular Cəmiyyətinin mütəxəssislərinin daxil olduğu xüsusi komissiya tərəfindən keçirilib.

Monitorinq o yerlərdə keçirilib ki, orada köçəri quşların müvəqqəti yaşamaq ehtmalı daha çoxdur, məsələn, Pirallahı adası və Abşeron yarmadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonları, Milli parklar, Xəzərin dəniz sahili boyu ərazilərdə.

Dövlət xidmətindən bildiriblər: "Həmin ərazilərdə ilkin tədqiqatlar "quş qripi" virusunun hansısa faktorunun olması faktını aşkar etməyib. Dəqiq laborator nəticələr isə gələn həftəyə hazır olacaq".

Köçəri quşların miqrasiyası ilə bağlı hazırda monitoinqlər ayda iki dəfə keçirilir. Əvvəlki monitorinqlər Azərbaycan ərazisində xəstəliyin hər hansı bir əlamətinin, yaxud bunun nəticəsində quş ölümü faktının olmasını təsdiqləməyib.

Ölkəyə virusun keçməsinin qarşısının alınması məqsədilə ölkənin bütün veterinar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə vəhşi quşların ovlanması, satışı və istifadəsi ilə bağlı, həmçinin virus faktı qeydə alınmış ölkələrdən quş məhsullarının gətirilməsi ilə bağla qadağa hələ də quvvədə qalır.

Xəbər lenti

Xəbər lenti