...

Azərbaycanın bir sıra dövlət müəssisələri H. Əliyev adına prospektdən Bakının Qaradağ rayonuna köçürüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 17:12 (UTC +04:00)

Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi Heydər Əliyev adına prospektdə yerləşən bir sıra dövlət müəssisələrinin yerinin dəyişdirilməsi ehtimalını təsdiq edib.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun Trend ə verdiyi xəbərə görə, onları Bakının sənaye şəhərciyinin tikilməsi nəzərdə tutulan Qaradağ rayonuna köçürmək planlaşdırılır.

İdarədən Trend ə verilən xəbərə görə, hazırda bu istiqamətdə sərəncam layihəsi hazırlanır, əsasən bu, "Azneftkimyamaş" müəssisəsinə aid olacaq.

Q. Xəlilovun sözlərinə görə, müəssisənin yerinin dəyişdirilməsi son vaxtlar Bakının nəqliyyat infrastrukturunun təkmilləşməsi və ekoloji vəziyyətin yaxşılaşması ilə bağlıdır. Bu, həm də prospektin yüklənməsinin qarşısını alacaq.

"Qərar dövlət müəssisələrinə aid olacaq, amma bu ərazidə həm də özəl şirkətlər var ki, onlara sahibləri cavabdehdir" - deyə Q. Xəlilov qeyd edib.

Xəbər lenti

Xəbər lenti