...

2006-cı ildə Azərdəmiryolbankın xarici borcları 11 mln. ABŞ dollarını ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 19:02 (UTC +04:00)

2006-cı ildə Azərdəmiryolbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işi davam etdirib.

Trend bankın çərşənbə günü yaydığı məlumata istinadən xəbər verir ki, Azərdəmiryolbank tərəfindən ötən il cəlb olunmuş investisiyaların ümumi həcmi 11 mln. ABŞ dollarını ötüb.

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramı çərçivəsində - 3 mln. ABŞ dolları, mikrokreditləşdirmə proqramı çərçivəsində - 2 mln. ABŞ dolları və revolver kredit müqaviləsi çərçivəsində - 3 mln. ABŞ dolları cəlb olunub.

Bundan başqa, Almaniya- Azərbaycan fondunun xətti ilə təqdim olunmuş 1 mln. ABŞ dolları həcmində kredit xətləri də tamamilə mənimsənilib.

Ötən il Azərdəmiryolbanka Qara dəniz ticarət və inkişaf bankının 2 mln. ABŞ dolları həcmində kredit xətti açılıb.

Zəmanətlərin verilməsi və akkreditivlərin təsdiq olunması üzrə əməliyyatların həyata keçirilməsi üçün banka Bank Austria, Raiffeizen Zentralbank Oesterreich, Commerzbank, Drezdnerbank -dan 18,1 mln. ABŞ dolları həcmində kredit xətti açılıb.

Ötən il də Azərdəmiryolbank-ın əməkdaşlığı yerli maliyyə institutları ilə də genişləndirilib. Sahibkarlığa dəstək Milli fondunun xətti ilə 4,5 mln. manat həcmində kredit açılıb və ilin sonunadək bu kredit portfeli 8,6 mln. manata çatdırılıb.

Xəbər lenti

Xəbər lenti