...

Hesablama Palatası Aparatının rəhbəri: "Hesablama Palatası aprel ayında Milli Məclisdə hesabat verəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 18:09 (UTC +04:00)

Hesablama Palatası aprel ayında Milli Məclisdə 2006-cı ilin yekunlarına dair hesabat verəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Hesablama Palatası Aparatının rəhbəri Rasim Həsənov məlumat verib.

R.Həsənovun sözlərinə görə, hazırda 2006-cı ilin yekunlarına dair hesabat üzərində iş aparılır.

"Bir sıra dövlət orqanları maliyyə hesabatlarını hələ tam başa çatdırmayıblar. Bu bizim hesabatın hazır olmasını bir qədər ləngidir. Amma hesab edirəm ki, Hesablama Palatası nəzərdə tutulan müddətdə hesabat verəcək", -deyə Rasim Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti