...

ABB-Moskva MasterCard sisteminə qoşulmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 16:06 (UTC +04:00)

"ABB-Moskva" yaxın vaxtlarda MasterCard Beynəlxalq ödəniş sisteminin iştirakçısı statusunu almağı planlaşdırır. Trend bankın cümə günü yaydığı məlumata istinadən xəbər verir ki, 2005-ci ildə bank VISA International beynəlxalq ödəniş sisteminin assosiasiyalı iştirakçısı statusunu alıb.

Hazırda bank öz VISA kartlarının fəal emissiyasını həyata keçirir, həm də bu kartlara xidmət "Azərikard" prosessinq mərkəzi vasitəsilə göstərilir. 2006-cı ilin sonuna qədər təxminən 5500 kart buraxılıb. Bununla yanaşı, bankomat və POS-terminallar şəbəkəsi də inkişaf edir, əmək haqqı layihələri reallaşdırılır. Bank daima müasir kart məhsullarının hazırlanması və tətbiq olunması üzərində işləyir.

"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə qurumu, öz fəaliyyətini RF ərazisində həyata keçirən, 100% Azərbaycan kapitalı ilə ilk və yeganə bankdır.

Xəbər lenti

Xəbər lenti