Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) cümə günü yaydığı məlumata istinadən Trend xəbər verir ki, ASK fevralın 15-18-də İstanbulda keçiriləcək HOTEQ-beynəlxalq otel-restoranlar sərgisində iştirak edəcək. Sərgi iştirakçıları eyni zamanda elə həmin sərgi mərkəzində keçiriləcək Orta Şərq və Şərqi Aralıq dənizi türizm sənayesinə həsr edilmiş EMITT tədbirində iştirak edə biləcəklər.
Qeyd edək ki, Konfederasiya bu cür tədbirləri ölkədə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirir.