...

Elista-Bakı aviareysinin açılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2007 14:41 (UTC +04:00)

Bu ilin yayında Elista (Kalmıkiya) aeroportundan Bakıya birbaşa reysin açılması planlaşdırılır. Reyslər "Yak-40", "Yak-42" və "TU-134" təyyarələri ilə yerinə yetiriləcək. Bu barədə Trend xəbər verir.

"Elista" aeroportu sertifikatın olmaması səbəbindən prokurorluğun tələbi ilə 25 sentyabr 2006-cı il tarixində bağlanmışdı. Federal hava nəqliyyatı agentliyindən aeroport fəaliyyətinin həyata keçirilməsi üçün kompleks sertifikat fevralın 15-də alınıb. Mütəmadi sərnişin daşınmalarının həyata keçirilməsi üçün iki şirkətlə - "Ruslayn" və "Karat"la müqavilələr bağlanıb.

Elistanın bağlanmasına qədər "Ruslayn" aviaşirkətinin xidmət göstərdiyi həftədə bir dəfə 4 saatlıq "Elista-Moskva-Elista" reysi göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti