...

BVF Azərbaycanda istehlakçı qiymətlərin indeksinin hesablanmasının metodologiyasını qiymətləndirməyə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 10:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondundan (BVF) Statistika üzrə Dövlət Komitəsi üçün texniki yardım istəyib. Bu barədə dünən BVF missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin direktor müavini Vitali Kramarenko Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ekspert köməyi Azərbaycanda istehlakçı qiymətlərin indeksinin hesablanmasının metodologiyasının qiymətləndirilməsinə göstəriləcək. BVF-nin ekspertləri bu qiymətləndirməni aparmaq üçün 2007-ci ilin ilk yarım ilində ölkəyə səfər edəcək.

Texniki yardım həmçinin ölkənin BVF-nin məlumatların yayılmasında xüsusi standartlara yaxınlaşması işinin tamamlanması üçün də göstəriləcək.

"Əgər, Azərbaycan bu standartlara riayət etsə, bu ölkənin imicini yaxşılaşdıracaq. Standartlara qoşulma müəssisələr tərəfindən xarici alınmaların cəlb olunma sistemini təkmilləşdirəcək", deyə V.Kramarenko bildirib.

Azərbaycanın BVF-nin xüsusi standartlarına qoşulması üçün ölkə bütün tələb və maksimal olaraq bütün metodoloji göstəriciləri yerinə yetirməli və göstəricilər Fondun standartlarına cavab verməlidir.

Bu iş üzrə koordinatorlar Maliyyə Nazirliyi, Azərbaycan Milli Bankı və Dövlət Statistika Komitəsidir.

Təxminən iki-üç il bundan əvvəl Azərbaycan BVF-nin məlumatların yayılmasının ümumi standartlarına qoşulub.

Xəbər lenti

Xəbər lenti