...

AutoShow Azərbaycan 2007 sərgisində 40-dan çox Azərbaycan şirkəti iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 16:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Martın 14-dən 17-dək Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək AutoShow Azerbaijan 2007 IV Azərbaycan Beynəlxalq Sərgisində 25 dövlətdən (Rusiya, Ukrayna, Yaponiya, Almaniya və s.) 126 şirkət iştirak edəcək. Bu barədə sərgi üzrə Iteca Caspian-nın meneceri Aqil Kərimov məlumat verib.

Onun sözlərinə görə, bu şirkətlərdən 79-u xarici şirkətdir, bunun da 70-i ilk dəfədir ki, sərgidə iştirak edir. Qalan 47 şirkət isə Azərbaycan şirkətləridir.

Bu il sərgi sahəsi 2005-ci illə müqayisədə 40 faiz artırılıb. İştirakçıların 60 faizini yeni şirkətlər təşkil edir.

Bu il ehtiyat hissələri, aksessuar və servis avadanlıqları daha geniş təmsil olunub. Bununla əlaqədar AutoParts Azerbaijan 2007 adlı ayrıca sərgi ayrılıb.

AutoShow Azerbaijan Zaqafqaziyda ən böyük beynəlxalq avtomobil sərgisidir və əhali arasında ən məşhur avtomobil hadisəsidir. Hər il sərgiyə 20 mindən çox avtomobil mütəxəssisi və sahibi baş çəkir. Əsas bölmələr:

Minik avtomobilləri

Avtobuslar

Yük avtomobilləri

Xüsusiləşdirilmiş avtomobillər

Motosikllər

Qoşqular

Ehtiyat hissələri

Tyüninq

Avtomobil mühərrikləri və komponentləri

Avtomobil aksessuarları

Avtoelektrik və elektronika

Akkumlyatorlar

Yanacaq-sürtgü materialları

Mühafizə siqnalizasiyaları və sistemləri

Audio, video və telekommunikasiya

Radiator, kondisionerlər

Şinlər, rezin-texniki məmulatlar

Avtomobilə qulluq vasitələri

Avtomobillərin təmiri və xidməti

Sığorta

Jurnal, qəzetlər, soraq materialları

2006-cı ildə sərgidə 43 beynəlxalq, 26 Azərbaycan və 15 istehsalçı şirkət iştirak edib.

Tədbirlərin keçirilməsinə rəsmi dəstəyi Azərbaycanın İqtisadi İnkişaf və Nəqliyyat nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycanın Ticarət-Sənaye Palatası, Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyası, Azərbaycanın İxracat və İnvestisiya Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, TÜSİAB və Dövlət Yol Polisinin Baş İdarəsi göstərir.

Xəbər lenti

Xəbər lenti