...

Bakıda saxta malların qeyri-qanuni dövriyyəsi ilə bağlı seminar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Bakıda saxta malların qeyri-qanuni dövriyyəsi ilə bağlı seminar keçiriləcək. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin yaydığı məlumata görə, seminarın Bakıda keçirilməsi ilə bağlı qərar DGK sədri Aydın Əliyevin bu yaxınlarda Brüssellə etdiyi səfər zamanı Ümumdünya Gömrük Təşkilatının regional təlim mərkəzində qəbul edilib.

Seminarda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin təmsilçiləri iştirak edəcək. Hələlik seminarın dəqiq tarixi müəyyən edilməyib. Lakin onun iyun ayının birinci həftəsinə təsadüf edəcəyi gözlənilir.

Qeyd edək ki, 2006-cı ilin sonunda Bakıda analoji seminar keçirilib. Bu seminarda İƏT ölkələrindən olan gömrükçülər üçün gömrük qiymətləndirilməsi və uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti