...

Aprel ayında diler əməliyyatlarının həcminə görə Yapi Credi Bank Azerbaijan lider olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin aprelində dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatları bazarı istisna olmaqla) sazişlərin həcminə görə dilerlərin renkinqinə 14,545 mln. manat ümumi əməliyyat məbləği ilə Yapi Credi Bank Azerbaijan başçılıq edib. Bu barədə Bakı Fond Birjasının cümə günü yayılmış məlumatında göstərilib.

Ikinci yerdə diler əməliyyatlarının həcminə görə 2,043 mln. manat geridə qalmaqla 12,501 mln manat həcmdə əməliyyatla UniBank dayanır. Üçüncü yeri isə 6,392 mln. manat diler əməliyyatı ilə Bank of Baku tutub.

Diler renkinqində liderlik iddiasında olanların məcmu həcmi aprel ayında marta nisbətən aşağı düşüb. Mart ayında liderlik edən dilerin məcmu həcmi 19,277 mln. manat təşkil edib. Diler əməliyyatları aparan dilerlərin sayı isə dəyişməz qalıb.

DQK bazarında 2007-ci ilin aprel ayı üçün əməliyyatların həcminə görə dilerlərin renkinqi:

Əməliyyatların həcminə görə yeri Əməliyyatların həcminə görə yeri Dilerlərin adı Əməliyyatların həcmi (AZN)
1 1 (-) Yapi Credi Bank 14.544.652,28
5 2 (^) UniBank 12.501.472,86
2 3 (Ў) Bank of 6.392.468,24
4 4 (-) AzerturkBank 3.508.478,68
3 5 (Ў) AtaBank 1.516.247,16

- Mart 2007 - Mart 2007 - Aprel 2007

Xəbər lenti

Xəbər lenti