...

Bakıda Avropa vergi administrasiyaları təşkilatının işçi qrupunun iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Bu gün Bakıda Avropa vergi administrasiyaları təşkilatının (İOTA) vergiödəyicilərinin tədrisi və xidməti üzrə işçi qrupunun iclası öz işinə başlayıb. Mayın 18-dək davam edəcək tədbirdə 20-dək Avropa dövlətlərinin vergi administrasiyaları nümayəndələri iştirak edir.

İclasın açılışında çıxış edən Azərbaycanın vergilər nazirinin müavini Natiq Qasımov respublika üçün vergi fırıldaqlarına qarşı mübarizə, transfert qiymətlər, ƏDV-nin tətbiqi prosesi kimi məsələlərdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan İOTA üzvləri ilə yüksək səviyyədə əlaqər qurub. IOTA-nın öncəki forumlarının birində Azərbaycanın Vergilər Nazirliyinin tədris mərkəzi "Vergi tədrisi" modelinin təqdimatını keçirib və bu model İOTA tərəfindən qiymətləndirilərək digər dövlətlərə tövsiyyə edilib.

Bakıdakı görüşdə Azərbaycandan başqa, İtaliya, Estoniya, Polşa, Fransa, Finlandiya və Danimarka vergi orqanlarınnın müvafiq modellərinin təqdimatları gözlənilir.

IOTA 1996-cü ildə Varşavada Mərkəzi və Şərqi Avropa, habelə Baltikyanı ölkələrinin vergi administrasiyalarının III konfransı zamanı təsis edilib. Bu gün sözügedən beynəlxalq təşkilat özündə 38 ölkəni birləşdirir. Onun mənzil-qərargahı Budapeştdə yerləşir. Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür. MDB ölkələrindən bu quruma ilkin olaraq Azərbaycanla Moldova, sonra Ukrayna ilə Gürcüstan daxil olub.

Xəbər lenti

Xəbər lenti