...

Azərbaycanın Dövlət Neft Fondu bu il 2006-cı il dövlət büdcəsinin profisitinin qalıqlarından vəsait gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova, Ü.İsmayılova / Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) bu il ötən ilki dövlət büdcəsinin profisitinin qalıqlarından vəsait gözləmir. Bunu ARDNF-in icraçı direktour Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, sxem belədir: "2006-cı ilin dövlət büdcəsi haqqında" qanuna əsasən profisit aşkarlansa, bu ilin ümumi büdcəsi 12-yə bölünür və əldə olunmuş məbləğ profisitdən çıxılır. Yalnız qalıq ARDNF-ə köçürülür.

2007-ci ilin büdcəsi 6,5 mlrd. manat proqnozlaşdırılır. Müvafiq olaraq bu rəqəmi 12-yə böləndə 300-400 mln. manat alınır. Ötən ilki profisit isə daha az olub və 74 manat təşkil edib. Ona görə də neft fonduna heç nə köçürülməyəcək" - deyə ARDNF rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti