...

Gürcüstan İqtisadiyyat Nazirliyi və Tiflisin hakimiyyət dairələri maraqlı olan şirkətlərə "Voda Tbilisi" şiriktini əldə etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2007 17:05 (UTC +04:00)
Gürcüstan İqtisadiyyat Nazirliyi və Tiflisin hakimiyyət dairələri maraqlı olan şirkətlərə "Voda Tbilisi" şiriktini əldə etməyi təklif edib

Gürcüstan, Tiflis / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan İqtisadi İnkişaf Naziriliyi və Tiflis İcra Hakimiyyəti tərkibinə gücü 130 meqavatt olan "Jinvali İES"in daxil olduğu paytaxtı su ilə təmin edən "Voda Tbilisi" MMC-nin əldə edilməsinə maraq göstərilməsi ilə bağlı ərizələri qəbul etməyə hazırdır. Bu barədə "Voda Tbilisi" şirkətinin mətbuat mərkəzinin rəhbəri Natiya Kukuladze məlumat verib.

"Nazirlik və icra hakimiyyəti potensial investorları "Voda Tbilisi" və "Jinvali İES"-in alınması ilə bağlı təkliflərini təqdim etməyə çağırır" - deyə Kukuladze bildirib.

Müvafiq obyektləri almaq niyyətində olan namizədlər öz ərizələrində qiyməti və müəssisələrin inkişafının investisiya proqramını təqdim etməlidir. Qeyd edək ki, hələ 10 il bundan əvvəl keçmiş "Tbilvodkanal"ı almaq istəyini "Jeneral Sosyete" fransız şirkəti də ifadə etmişdi. Lakin həmin dövrdə sövldələşmə baş tutmayıb, belə ki, müxalifət strateji obyektin özəlləşdirilməsinin əleyhinə çıxıb.

Xəbər lenti

Xəbər lenti