...

Prezident Mahmud Əhmədinejad: "Azərbaycan və İran arasında hazırda mövcud olan münasibətlər bütün dünya üçün nümunə ola bilər" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2007 12:38 (UTC +04:00)
Prezident Mahmud Əhmədinejad: "Azərbaycan və İran arasında hazırda mövcud olan münasibətlər bütün dünya üçün nümunə ola bilər" (video)

Azərbaycan, Bakı / Trend , müxbir P.Kəsəmənski/ Çərşənbə günü İran prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən mətbuat konfransında Azərbaycan və İran jurnalistlərinə bəyan edib ki,

Azərbaycan və İran arasında hazırda mövcud olan münasibətlər bütün dünya üçün nümunə ola bilər.

"Bəzi böyük dövlətlər bizi düşmən hesab edirlər, onlar bizim dostluq münasibətlərimizə qarşı çıxırlar. Mən onlara demək istərdim ki, onlar yanılırlar. Hər iki ölkə ümumi tarixi köklərə malikdir və bizim qardaş xalqlarımız sıx əlaqələr saxlayır. Azərbaycan və İran xalqı ürəklərində sizə gülür" - deyə İran prezidenti bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran böyük potensiala malikdir və iki dövlətin təcrübəsi əməkdaşlıq üçün açıqdır.

"Bizim ölkələrimizin siyasi iradəsi potensialın inkişafına müsbət təsir göstərir. Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı biz bu məsələləri müzakirə etdik. Biz əməkdaşlığın möhkəmlənməsi yolunda heç bir maneə görmürük" - deyə Əhmədinejad bildirib.

"Azərbaycanın potensialı energetika, turizm və elmdir. Müasir İran da həmçinin böyük potensiala malikdir. Bütün ölkədə yeni texnologiyalar, nüvə enerjisi sürətlə inkişaf edir. Sənayedə böyük uğurlar qazanılıb" - deyə İran prezidenti bildirib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan və İran arasında ticarət dövriyəsi 304 mln. dollardan çox olub. Azərbaycandan İrana əmtəə ixracı bu dövr ərzində 257 mln. dollar, İrandan idxal isə 46,8 mln. dollardan çox olub.

"Azərbaycan və İran arasında əməkdaşlığın gələcək perspektivləri bizim üçün aydındır. Biz bir qonşu kimi dostluq şəraitində yaşamalıyıq" - deyə Əhmədinejad bildirib.

İran prezidenti qeyd edib ki, İran iqtisadiyyatın ən mühüm sahələrində istehsalçı və ixracatçıya çevrilib, ölkədə infrastruktur inkişaf edir.

"İranda yolların və limanların tikilməsi sahəsində fəal iş aparılır, regionda ən inkişaf etmiş sahə olan neft və qaz sahəsində böyük nailiyyətlər əldə olunub" - deyə Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti