...

Azərbaycanın Mikromaliyyələşdirmə Bankı istiqraz vərəqələrini dövriyyəyə buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın Mikromaliyyələşdirmə Bankının məlumatında bildirilir ki, avqustun 31-də banka kredit ayırmaq üçün bu gün beş il müddətinə 11,4 milyon ABŞ dolları məbləğində istiqraz vərəqələri (bondlar) dövriyyəyə buraxılıb. Bondlar beynəlxalq kapital bazarına Lüksemburq seküritizasiya mexanizmi vasitəsilə buraxılıb. Bu vəsaitlər AMMB tərəfindən Azərbaycan kiçik biznesini kreditləşdirmək məqsədilə istifadə ediləcəkdir.

Beynəlxalq kapital bazarının istiqrazları ilk dəfə olaraq AMMB üçün buraxılıb. Bu istiqrazlar Azərbaycan bankı üçün, ilk dəfə olaraq yalnız bir mikromaliyyə institutu üçün buraxılır.

Bu istiqrazların buraxılışı ABŞ-da yerləşən Developing World Markets sosial məsuliyyətli investisiya bankı tərəfindən maliyyələşdirilib və təşkil olunub.

AMMB-nin Baş Meneceri Endrü Pospilovski qeyd edib ki, Beynəlxalq bazarın bugünkü ağır şəraitində istiqrazların uğurlu debüt buraxılışı dünya kapital bazarının bizim banka, Azərbaycana və bütövlükdə mikromaliyyələşdirmə sektoruna olan inamını nümayiş etdirən çox səciyyəvi məqamdır.

İstiqrazlar Lüksemburq şəhərində MFBA Bond I xüsusi təyinatlı hüquqi vasitəçisi tərəfindən buraxılıb. Bond-un gəlirindən portfelin artırılmasının maliyyələşdirilməsi məqsədilə AMMB-ə kreditin verilməsi üçün istifadə ediləcəkdir.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı Azərbaycanda kiçik və orta biznesə maliyyə xidmətlərinin göstərilməsi məqsədilə 2002-ci ildə təsis edilib. Bank 100% xarici kapitala malikdir və Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniya hökuməti yanında fəaliyyət göstərən KfW Alman İnkişaf Bankı, LFS Financial Systems GmbH alman konsaltinq şirkəti və mikromaliyyələşdirmə sahəsində strateji investor olan AccessHolding təşkilatları kimi altı təsisçinin mülkiyyətindədir

Xəbər lenti

Xəbər lenti