...

"UniLeasing"in lizinq portfeli 20 mln. manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ "UniLeasing" QSC-nin məlumatında bildirilir ki, sentyabrın 1-i üçün şirkətin lizinq portfeli 20,6 mln. manatı ötüb.

"UniLeasing"in portfeli iqtisdiyyatın sektorları üzrə aşağıdakı kimi bölünüb: tikinti - 20,96%, kommersiya - 6,50%, nəqliyyat - 18,06%, istehsal - 17,06%, tikinti materialları - 14,95%, tibb - 6,79%, digərləri - 15,68%.

Hazırda "UniLeasing" QSC 1,8 mln. manat nizamnamə kapitalına malikdir və respublikanın ən çox kapitallaşdırılmış özəl lizinq şirkətidir. Şirkət Gəncədə, Lənkəranda, Qubada, Şəkidə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti