...

Andris Piebalds: "Nabukko layihəsi AB-nin enerji strategiyasının reallaşdırılmasında əsas rol oynayır"

Energetika Materials 14 Sentyabr 2007 18:21 (UTC +04:00)
Andris Piebalds:  "Nabukko layihəsi AB-nin enerji strategiyasının reallaşdırılmasında əsas rol oynayır"

Azərbaycan, Bakı / Trend / "Nabukko" layihəsi Avropa Birliyi enerji strategiyasının reallaşdırılmasında əsas rol oynayır. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə bü gün Budapeştdə bu qaz kəmərinin tiintisinə həsr olunmuş beynəlxalq konfransda çıxış edən enerji məsələləri üzrə Avropa komissarı Andris Piebalqs məlumat verib.

Onun sözlərinə görə, son 10 ildə Avropada enerji daşıyıcılarına təlabat əhəmiyyətli dərəcədə artııb və bu tendensiya gələcəkdə də saxlanılacaq.

"Lakin biz inana bilərik ki, gələcəkdə ixracatçılar enerji daşıyıcıları tədarükünü təmin edə biləcəklər" - deyə o bildirib.

Piebalqs hesab edir ki, "Nabukko" layihəsi bu əlaqələrdə yeni mənbələrin cəlb edilməsinə imkan yaradacaq.

Avropa komissarının sözlərinə görə, "Nabukko" layihəsi Aİ-də tam siyasi dəstəyə malikdir.

Onun fikrincə poblem yeni tədarükçülərin axtarışı ilə əlaqədardır. "Bu, asan proses deyil və buna görə layihə bu cür ləng tərpənir". Perspektivli istiqamət kimi, o, coğrafi baxımdan yaxın və əhəmiyyətli qaz ehtiyatına malik Xəzər regionunun adın çəkib.

"Biz "Nabukko" layihəsinə Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran, gələcəkdə isə, İraq kimi dövlətləri cəlb etmək istəyirik" - deyə o bilidirb.

Piebalqs bu yaxınlarda layihənin Avropa koordinatorunun təyin olunmasının, qaz - boru kəməri tikintisinin reallaşmasının tezləşməsinə imkan verəcəyinə ümid etdiyini ifadə edib. Aİ artıq "Nabukko"nun vəsaiti ilə maraqlanıb, gələcək lazımi investisiyanı layihənin koordinatoru müəyyən edəcək. Bununla yanaşı, o, Avropa İnvestisiya Bankının layihədə iştirakını istisna etməyib.

"Mən şübhə etmirəm ki, "Nabukko" tikiləcək " -deyə Piebalqs əlavə edib.

Xəbər lenti

Xəbər lenti