...

Azərbaycanda "Neftçilər günü" qeyd olunur

Energetika Materials 20 Sentyabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Sentyabrın 20-də, cümə axşamı Azərbaycanda "Neftçilər günü" və "Azəri-Çıraq-Günəşli" iri dəniz yataqları blokunun işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi"nin imzalanmasının 13-cü ildönümü qeyd olunur. "Neftçilər günü" 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə elan olunub.

Bakıda "Neftçilər günü" münasibətilə bu gün sahilyanı milli parkda kütləvi gəzinti baş tutacaq, Azərbaycan Dövlət Neft Şirkətinini bölmələrinin sərgisi təşkil olunacaq və şirkətin planları, görülən işlər barədə məlumat veriləcək. Sahilyanı milli parkda bayram konserti təşkil olunacaq.

20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Xəzərin Azərbaycan şelfinin neft-qaz resurslarının fəal şəkildə mənimsənilməsinin başlanğıcını qoyub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) əsasını qoyan müqavilənin iştirakçıları Amerikanın "Amoco", "McDermott", "Unocal", "Pennzoil", "Exxon", Britaniyanın "BP" və "Ramso", Norveçir "Statoil", Rusiyanın "LUKoil", Türkiyənin "TRAO" və Səudiyyə Ərəbistannın "Delta Oil" şirkətləri olub.

Sonralar isə konsorsiumun iştirakçılarının siyahısı dəyişikliklərə məruz qalıb. Müqavilədə iştirak payları yenidən bölünüb və satılıb. Müqavilədən "McDermott" şirkəti çıxıb və Yaponiyanın "Itochu" şirkəti daxil olub, iki neft nəhəngi, "BP" və "Amaco" birləşib. Konsorsiuma artıq layihənin iştirakçısı olan "Exxon" ilə birləşən Amerikanın "Mobil" şirkəti daxil olub.

Bununla yanaşı, ABƏŞ-də yeni adlar meydana gəlib: "Devon Energy" (keçmiş "Pennzoil"), Britaniyanın "Ramco" şirkəti 2000-ci ildə öz payını (2,0825%) Səudiyyə Ərəbistanı-Amerika alyansı olan "Delta Hess" şirkətinə 150 mln. dollara sataraq layihəni tərk edib. Sonra isə Rusiyanın "LUKoil" şirkəti öz 10%-lik payını Yaponiyanın "İnpex" şirkətinə sataraq layihəni tərk edib.

Hazırda layihənin iştirakçıları aşağıdakı kimidir: "BP" (34,1367% iştirak payı), "Unocal" (10, 2814%), ARDNŞ (10%), "Inpex" (10%), "Statoil" (8,5633%), "ExxonMobil" (8,006%), "TPAO" (6,75%), "Devon Energy" (5,6262%), "Itochu" (3,9205%), "Delta Hess" (2,7213%).

Ötən 10 il ərzində konsorsiuma dörd prezident başçılıq edib: Terri Adams, Devid Priçard, Con Leqat və Devid Vudvord. 2006-cı ilin sonlarından isə ABƏŞ-ə Bill Şreder başçılıq edir.

Xəbər lenti

Xəbər lenti