...

Azərbaycanın iri dəniz yatağında iki yeni quyu qazılıb

Energetika Materials 8 Oktyabr 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikası Dövlt Neft Şirkətindən verilən məlumata görə, şirkətin kompleks qazma işləri tresti , ARDNŞ-in hasilatın yarısının yarı hissəsini əldə etdiyi "Günəşli" yatağında iki yeni quyuda aparılan qazma işlərini başa çatrırıb.

Hər iki quyu kəşfiyyat quyusudur. Quyulardan biri neft əldə etmək məqsədilə qazılıb. "Günəşli- 8" platformasından istimar olunacaq quyudan sutkada 200 ton neft əldə etmək planlaşdırılır. Quyu "Fasilə" layında 2956 metr dərinliyində qazılıb.

İkinci quyu "Günəşli -19" platformasından qazılıb və qaz hasilatı üçün nəzərdə tutulub. Quyu 2532 metr dərinliyində "Balaxanı" layının 8-ci səviyyəsində qazılıb. ,sutkalıq debitinin 250 min kubmetr həcmində olması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti