...

Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan və İsveçrədə nümayəndəlik açmağı planlaşdırır

Energetika Materials 15 Oktyabr 2007 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan və İsveçrədə öz nümayəndəliyini açmağı planlaşdırır. Bu barədə bazar ertəsi 6-cı Azərbaycan Beynəlxalq Geofizika Konfransında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun szölərinə görə, neftin nəqli üçün Qara dənizdə (Gürcüstan) yeni terminal və Ceyhanda neft emalı zavodu planlaşdırılır.

Abdullayev bildirib ki, Azərbaycan nəinki öz neft tələbatını, həmçinin, digər ölkələrin də tələbatını ödəyir.

Neft dünyanın 30 ölkəsinə ixrac olunur. 2006-cı ildə neft hasilatı 32 mln. ton təşkiul edib. Növbəti ildə neft hasilatı 43 mln. tona qədər həcmdə planlaşdırılır. ARDNŞ-nin 36 yatağı var ki, bunlardan 17-si qurudadır. Azərbaycanda 23 yataqda müxtəlif əməliyyat şirkətləri və birgə müəssisələr tərəfindən hasilat işləri aparılır.

6-cı Azərbaycan Beynəlxalq Geofizika Konfransında müxtəlif ölkələrdən təqribən 80 nümayəndə iştirak edir. Konfrans 3 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti