...

Azərbaycanda koks istehsalı aşağı düşüb

Energetika Materials 16 Oktyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-sentyabrda H.Əliyev adına neft emalı zavodu (keçmiş "Azneftyanacaq") 53,45 min. ton neft koksu istehsal edib. Bu il neft koksunun istehsalı proqnozlaşdırılmayıb. Lakin yanvar və fevralda az miqdarda istehsal olunub. Bu barədə ARDNŞ-dən məlumat verilib, martda koks istehsalı dayandırılıb və apreldə yenidən başlanıb.

Respublikada yanvar-sentyabrda neft koksunun istehsalı, ötən ilin analoji dövründə istehsal olunan 6,87 min tondan (14,7 faiz) az olub.

Ümumilikdə 2006-cı il ərzində 67,24 min. ton koks istehsal olunub. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas alıcısı Rusiyanın alüminium zavodudur.

Xəbər lenti

Xəbər lenti