Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş "Azerneftyanacaq") və "Azerneftyag" yanvar-noyabr ayları ərzində 7 mln. tona yaxın neft məhsulları istehsal edib.
Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, avtomobil benzini istehsalı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9,8%, kerosin istehsalı 7,9% artıb. Mazut, dizel yanacağı və sürtkü yağlarının istehsalı isə aşağı düşüb.
2007-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı aşağdakı kimidir:
| Min ton | 2007-ci ilin yanvar-noyabr ayları | 2006-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə (faiz ilə) |
| Avtomobil benzini | 1035 | 109,8 |
| Kerosin | 724,3 | 107,9 |
| Yanacaq mazutu | 2546 | 95,7 |
| Dizel yanacağı | 1917 | 98,6 |
| Neftebitum | 169,4 | 115 |
| Neftekoks | ||
| Sürtkü yağı | 61,8 | 86,6 |
| Nafta | 532,2 | 178,5 |