...

ABƏŞ 2008-ci ildə gəlir vergisi üzrə ayırmaları azaldacaq

Energetika Materials 24 Dekabr 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ ", müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti 2008-ci ildə Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətidən (ABƏŞ- "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi üzrə operator) gəlir vergisi üzrə ayırmaların azaldılmasını gözləyir. Ayırmalar 1.38 mlrd. dollar ölçüsündə planlaşdırılıb. Bu barədə bazar ertəsi Maliyyə Nazirliyindən məlumat veriblər. 2007-ci il üçün vergi gəlirləri 1.5 mlrd. manat ölçüsündə müəyyənləşdirilib. Proqnozlar bu il də, ötən il olduğu kimi, neftin qiymətinin bir barelinin 50 dollar olması nəzərə alınmaqla hesablanıb. Proqnozların azaldılması 2008-ci ildə Azərbaycan hökuməti ilə xarici podratçı şirkətlər arasında neftin satışından əldə olunan gəlirlərin bölüşdürülməsinin 30/70%-dən 55/45%-ə dəyişdirilməsi ilə əlaqədardır. 2007-ci ilin üç kvartalı ərzində PSA çərçivəsində gəlir vergisi kimi dövlət büdcəsinə ayırmalar 1 639 mln. manatı ötüb. 2006-ci ildə ABƏŞ tərəfindən ayırmalar 1216.9 mln. manat təşkil edib. Ilin sonunadək proqnozun artıqlaması ilə yerinə yetirilməsi,ilk növbədə, neftin dünya bazarlarındakı qiyməti ilə əlaqədar olub. Belə ki, 2006-cı ildə neftin bir barelinin qiyməti 59.7 dollar olduğu halda, bu il neftin qiyməti bəzi hallarda 90 dollardan çox olub.

Xəbər lenti

Xəbər lenti